Əfsanəvi bodibilder vəfat etdi

efsanevi-bodibilder-vefat-etdi
Oxunma sayı: 4359

Əfsanəvi bodibilder, “Mister Olimpiya” titulunun ikiqat sahibi Franko Kolombo 79 yaşında dünyasını dəyişib. “Qafqazinfo” bildirir ki, bu barədə onun aktyor dostu Arnold Şvartsenegger İnstaqram hesabında məlumat verib.

“Mən səni sevirəm, Franko. Mən həmişə sənin mənim həyatıma gətirdiyin sevinci, mənə verdiyin məsləhətləri və gözlərindən heç vaxt itməyən işıltını xatırlayacağam”, - Şvartsenegger 54 illik dostu haqda yazıb.

İtaliya KİV yazır ki, Kolombo Sardiniyadakı çimərliklərin birində batıb.