Əfsanəvi cazmen vəfat etdi

efsanevi-cazmen-vefat-etdi
Oxunma sayı: 745

Dünyaca məşhur cazmen və bəstəkar Çik Koria dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə əfsanəvi musiqiçinin ailəsi məlumat verib.

Bildirilib ki, o, fevralın 9-da xərçəng xəstəliyindən həyatını itirib.

Qeyd edək ki, 80 yaşlı cazmen 50 dəfə “Qremmi”yə namizəd göstərilib, 23 dəfə sözügedən mükafatı qazanıb.

2001-ci ildə Bostonun mərkəzi küçələrindən birinə onun adı verilib.