Əfsanəvi fransız müğənni vəfat etdi

efsanevi-fransiz-mugenni-vefat-etdi
Oxunma sayı: 3041

Əfsanəvi fransız müğənnisi Jülyett Qreko 93 yaşında dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə onun ailəsi xəbər verib.

O, sentyabrın 23-də Fransanın cənubunda yerləşən Ramatuel şəhərindəki evində, doğmalarının əhatəsində vəfat edib.

İkinci Dünya müharibəsi zamanı gələcəyin müğənnisi Müqavimət Hərəkatına qoşulub və hətta həbs olunub, lakin gənc olduğuna görə sürgündən qaça bilib. Müharibə bitdikdən sonra Jülyett Fransanın ən parlaq ulduzlarından birinə çevrilib.

Jülyett Qreko, həmçinin kinoda da çəkilib. O, “Orfey”, “Tom dayının daxması” və s. filmlərdə rol alıb.