Əfsanəvi futbolçu Afrika yığmalarını tənqid etdi

efsanevi-futbolcu-afrika-yigmalarini-tenqid-etdi
Oxunma sayı: 2034

Seneqal millisi dünya çempionatının son turunda Kolumbiyaya uduzaraq qrup mərhələsini adlaya bilməyib.

“Qafqazinfo” xəbər verir ki, bununla da turnirdəki bütün Afrika komandaları çıxışını başa vurublar.

“Çelsi”nin və Fil-Dişi Sahilinin əfsanəvi hücumçusu Didye Droqba buna münasibət bildirib. O, bunu afrikalıların futbolda gerilədiyi ilə izah edib: “Fikrimcə, Afrika yığmaları futbolda kifayət qədər geriləyib. Bu barədə düşünmək və yeni strategiya müəyyənləşdirmək üçün yaxşı şansdır.

İnkişaf üçün potensialımız və pulumuz var. Amma daha çox şeyə ehtiyacımız var. Avropa və Cənubi Amerika yığmaları kimi sabitliyə və strukturlara sahib olmalıyıq. Bundan sonra uğur qazanacağıq. Bu cür yarışlara necə yanaşdığımızı bilmirik”.