Əfsanəvi “Popstar” reytinq qurbanı oldu

efsanevi-popstar-reytinq-qurbani-oldu
Oxunma sayı: 1962

Kanal D-də yayımlanan əfsanəvi “Popstar” musiqi yarışmasının reytinq nəticələri ürəkaçan olmayıb. “Qafqazinfo” xəbər verir ki, uğur qazanmayan layihə tez bir zamanda yayımdan qaldırılacaq.

İddia olunur ki, Bülent Ersoy, Armağan Çağlayan, Deniz Seki və Can Bonomonun münsif olduğu müsabiqə böyük büdcəyə malikdir və reytinqi zəif olan “Popstar”a sponsorlar maliyyə dəstəyi olmaqdan boyun qaçırırlar. 

Kanal rəhbərliyi bunu nəzərə alaraq yarışmanın finalını önə çəkəcək və layihə tamaşaçılarla vidalaşacaq.