Əfsanəvi Sovet futbolçusu dünyasını dəyişdi

efsanevi-sovet-futbolcusu-dunyasini-deyisdi
Oxunma sayı: 3952

“Spartak” klubunun veteranı, 1962-ci ildə Sovet İttifaqının çempionu olmuş əfsanəvi futbolçu Valeri Reynqold 77 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, “qırmızı-ağlar”ın keçmiş hücumçusu Sokolnikidə “Spartak”ın futbol turnirində huşunu itirdikdən sonra paytaxt xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 77 yaşlı veterana infarkt diaqnozu qoyulmuşdu. Həkimlər əllərindən gələni etsələr də, Reynqoldun vəziyyətini stabilləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Reynqold “Spartak”dan əlavə Voronejin “Trud” (indiki “Fakel”) və Yaroslavın “Şinnik” komandalarında çıxış edib.