Əfsanəvi supermodel vəfat etdi

efsanevi-supermodel-vefat-etdi
Oxunma sayı: 3858

Əfsanəvi alman aktrisa və supermodel Tatyana Patitts 56 yaşında vəfat edib.

“Qafqazinfo” “Vogue”a istinadən xəbər verir ki, onun ölüm səbəbi açıqlanmır.

Qeyd edək ki, Patitts Hamburqda anadan olub. O, supermodellərin “böyük altılığına” daxil idi. Həmin siyahıda Kristi Tarlinqton, Linda Yevanqelista, Sindi Krouford, Naomi Kempbell və Keyt Moss kimi modellər yer alırdı.

17 yaşından modellik sahəsində çalışan Tatyana 1985-ci ildə “Vogue”un üz qabığına çəkilmişdi. Həmçinin Corc Mayklın “Freedom 90” klipində rol almışdı.