Əfsanəvi təqdimat üçün özəl olaraq hazırlanan kostyumlar! - Video

efsanevi-teqdimat-ucun-ozel-olaraq-hazirlanan-kostyumlar
Oxunma sayı: 2286

Sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində təqdim olunacaq.

“Qafqazinfo” xəbər verir ki, tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, dekorasiya və rekvizitlər hazırlanıb.

Kostyumların bəzilərini-Mehmene Banu, Fərhad və Şirin obrazları üçün olan geyimləri təqdim edirik.

Tarixi təqdimatı izləməyi qaçırmayın!