Əfsanəvi “Yuxu”nun albomu yeni versiyada - Foto

efsanevi-yuxunun-albomu-yeni-versiyada
Oxunma sayı: 2320

Azərbaycanın əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən qrupun gitaristi Namiq Nağdəliyev məlumat verib. 

O, sosial şəbəkədə paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib.

Qeyd edək ki, rok qrupu 1988-ci ildə İbrahim Emin tərəfindən Sumqayıtda yaranıb. “Yuxu”nun ilk mahnısı “Xəzərin sahilində” olub və onlara böyük şöhrət qazandırıb. Qrup fəaliyyətini 2001-ci ildə dayandırıb. 

Xatırladaq ki, qrupun yaradıcısı İ. Emin 2019-cu ildə vəfat edib. Namiq Nəğdəliyev isə Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir, orada Kıraç, Funda Arar, Haluk Levent və digər bir çox ifaçılarla işləyir.