Əfv komissiyası bu gün də toplandı

efv-komissiyasi-bu-gun-de-toplandi
Oxunma sayı: 1575

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya deyib ki, iclasda 130 müraciətə baxılıb. Onun sözlərinə görə, indiyədək keçirilən iclaslarda baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verilib.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.