Əfv Komissiyası toplaşır

efv-komissiyasi-toplasir
Oxunma sayı: 2475

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası növbəti dəfə toplaşacaq.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 800-ə yaxın müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.

Komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.