“Əfv olunanlar iki həftəlik karantində qalmalıdır”

“Əfv olunanlar iki həftəlik karantində qalmalıdır”
Oxunma sayı: 1346

“Bizə məlumatlar gəlirdi ki, həbsxanada kiminsə hərarəti var. Belə hərarəti olanlar həbsxana daxilində daxili karantinaya götürülüb. Ancaq hələ ki, bu günə kimi məhkumlar arasında koronavirus pandemiyası aşkar edilməyib”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Səadət Bənənyarlı deyib. O qeyd edib ki, Komitə üzvləri olaraq daim bu proses nəzarətdə saxlanılıb: “Məhkumların vəziyyəti daim diqqətdədir. Hazırda əfv edilən şəxslərin isə karantinə aparılacağı barədə mənim dəqiq məlumatım yoxdur. Fikrimcə, onlar öz evlərində iki həftəlik karantində qalmalıdırlar”.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi