Əfv Sərəncamının icrasına başlanılıb

efv-serencaminin-icrasina-baslanilib
Oxunma sayı: 2474

Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncam 154 nəfərə şamil edilib.

Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub.

52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib.

Bundan əlavə, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin elektron qolbaq cəzası yarıya salınıb.

Həmçinin islah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Qeyd edək ki, budəfəki əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib. Onlardan 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.