Əfv Sərəncamının statistikası

efv-serencaminin-statistikasi
Oxunma sayı: 5397

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev əfv Sərəncamı imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, Sərəncam 154 nəfərə şamil edilib.

Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad olunub.

52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib.

Bundan əlavə, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin elektron qolbaq cəzası yarıya salınıb.

Həmçinin islah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

Əfv olunanlardan 8-i xarici ölkə vətəndaşıdır.