"Əfv üçün müraciət edənlərin yarısına müsbət rəy verilib”

efv-ucun-muraciet-edenlerin-yarisina-musbet-rey-verilib
Oxunma sayı: 1521

“Dünən Əfv Komissiyanın iclası keçirilib. 800-dən artıq müraciət daxil olub. Ötən gün daxil olan müraciətlərin 150-nə baxılıb”.

Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib. Onun sözlərinə görə, baxılan müraciətlərin yarısına müsbət rəy verilib: “Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”.

Günel Türksoy