Əfvlə bağlı sonuncu iclasın vaxtı bilindi

efvle-bagli-sonuncu-iclasin-vaxti-bilindi
Oxunma sayı: 1096

Əfv məsələləri üzrə Komissiyanın sonuncu iclası martın 17-də keçiriləcək. 

Bu barədə “Qafqazinfo”ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib. 

O bildirib ki, bu günə kimi 9 iclas keçirilib və 1000-dən artıq müraciətə baxılıb: 

“Müraciətləri sonuncu iclasda yekunlaşdırıb Prezident İlham Əliyevə təqdim edəcəyik. Ölkə başçısı yəqin ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı verəcək”.

Günel Türksoy