“Əfvolunmaz qollar buraxdıq” - Kaxaber Sxadadze

efvolunmaz-qollar-buraxdiq
Oxunma sayı: 2305

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Neftçi” – “Dinamo”(Tbilisi) matçından sonra Gürcüstan klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, o, oyunu şərh edib:

- “Qələbə münasibətilə sizi təbrik edirəm. Birinci matçla müqayisədə “Neftçi” bu gün gözəl oynadı. Əslində, hər iki komanda yaxşı oynadı.

Buraxdığımız dörd qoldan üçünü öz qapımıza vurduq. Əfv olunmaz qollar buraxdıq. Nəticə buraxdığımız səhvərin nəticəsi idi. Bu səhvləri əfv edə bilmərəm”.

- Avrokuboklarda uğur əldə edə bilmirsiniz. Bunu nə ilə əlaqələndirirsiniz?

- Hər bir kəsin günahıdır. Konkret kimisə günahlandırmaq olmaz.

- “Neftçi”nin “Olimpiakos”la oyunlarda şanslarını necə dəyərləndirirsiniz?

- “Neftçi”nin gələcəyi haqda heç nə deyə bilmərəm. Bu komandanı heç kimdən az sevmirəm. “Neftçi”nin baş məşqçisi ilə dostluq münasibətimiz var.

- Nə çatmadı ki, növbəti mərhələyə adlayasınız?

- Heç bir komandaya bu qədər ciddi səhvlər buraxmaq yaraşmaz. Penalti vuruldusa, həmin komanda qalibdir. Gürcüstanda da, Azərbaycanda da “Neftçi” penalti vurdu və onlar qalib gəldi.

- Vaxtilə futbolçunuz olan Samir Abasova uduzmaq necə hiss idi?

- Futbol komanda oyunudur, boks deyildi. Biz dalaşmırdıq. Komandalarımız oynayırdı. Dalaşmamışıq.