“Əgər Hesablama Palatası yoxlama aparsa, ciddi problemlər aşkarlayacaq”

eger-hesablama-palatasi-yoxlama-aparsa-ciddi-problemler-askarlayacaq
Oxunma sayı: 1553

“Hesablama  Palatasının hesabatında dörd sahə üzrə ciddi problem olduğu qeyd olunur”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vahid Əhmədov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2018- cil hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib ki, neçə illərdir ki, dövlət satınalmaları ilə bağlı problem Milli Məclisdə qaldırılıb: “Dedik ki, bu sahədə şəffaflıq yoxdur. Amma yenə də eyni problemlər var. Bundan əlavə, Azərbaycanda bir neçə şirkət var ki, yeni “Mühasibot uçotu haqqında” qanunla işləyə bilərlər. Azərbaycanda beynəlxaq iqtisadiyyatı bilən kifayət qədər mühasiblər yoxdur. Əgər Hesablama Palatası o sahədə yoxlama aparsa, ciddi problemlər aşkarlayacaq”.

 Deputat həmçinin, Dövlət Neft Fondunun xərcləri ilə bağlı yoxlamaların aparılaraq hesabata aid edilməsini təklif edib.

“Neft Fondunun mətbuatda yerləşdirdiyi məbləğlərdə çox az səmərəlilik qeyd olunur. Ona görə də, Hesablama Palatası Dövlət Neft Fondunun 2019- cu ildə gəlir və xərcləri ilə bağlı məlumat versin. Həmçinin Palata 700-ə yaxın nöqsan tapılıb. Ancaq cəmi 23 milyon manat vəsait bu yoxlamalardan büdcəyə daxil olub. Hesab edirəm ki,  bu vəsaitin miqdarını artırmaq lazımdır”.

Günel Türksoy