“Qafqazinfo”ya müraciət edən Nigarın anası Könül Qasımovanın sözlərinə görə, uşağın sağalmaq şansı böyükdür. Nigar 6 aydan bir, günü 50 manat olan 21 günlük müalicə kursu keçməlidir:
“Qızım 2 ay əvvəl əməliyyat olunub. Əməliyyatı həkim pulsuz edib. Xəstəxanaya verəcəyimiz 2000 manat gözləmədiyimiz şəkildə sosial şəbəkələrdə yığıldı. Yardım edən hər kəsə bir ana kimi təşəkkür edirəm. Artıq Nigarımın gəzmək şansı var. Sentyabrın 5-də müalicəyə başlayacaqdıq, ancaq Nigarın ayağında ağrılar başladığı və əyilmə olduğu üçün bu gün xəstəxanaya gedirik. Bir ana kimi imkanı olan şəxslərdən, kimin gücü nəyə çatarsa köməklik göstərməsini xahiş edirəm. Qızımın müalicəsi üçün dəstək olsunlar”.
Qeyd edək ki, uşaq serebral iflici baş beynin doğuşdan öncə, doğuş vaxtı və ya doğuşdan sonra müxtəlif səbəblərdən zədələnməsi ilə yaranır. İflic xəstəliyi zamanı müxtəlif hərəki pozğunluqlar, piramid yolların (hərəkət sistemi), qabığaltı düyünlərin, beyincik və beyin sütununun patologiyası əmələ gəlir. Xəstəlikdən əziyyət çəkənlərin çoxunda epileptik tutmalar, nitq qüsuru olur. Beynin zədələnmə dərəcəsindən asılı olaraq çox yüngül hallardan tutmuş əlilliyə kimi gətirib çıxarır.
Qasımova Nigar İlqar qızına kömək etmək üçün aşağıdakı nömrə ilə əlaqə salaya və yaxud hasaba pul qoya bilərsiniz: Tel.: 055 445 26 45 Hesab: Dəmir bank 100011506
Günel Hacı
Son xəbərlər
Son Xəbərlər