“Əgər məni seçsələr, onda bütün...” - - Ərdoğan

eger-meni-secseler-onda-butun-
Oxunma sayı: 2330


Trend Hurriyet daily news qəzetinə istinadən xəbər verir ki, bu barədə Baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib. 

"Əgər məni seçsələr, onda mən bütün imkanlardan istifadə edən xalq prezidenti olacağam", - Ərdoğan deyib. 

Onun sözlərinə görə, əgər prezident seçkilərdə postunu tutsa, onda o, avtomatik hakimiyyətinin icra qolunun hissəsi olacaq.

Türkiyədə prezident seçkiləri 2014-cü ilin avqustun 10-na təyin olunub.

Əgər prezident seçkilərində namizədlərdən heç biri birinci turda 51 faiz səs toplamasa, onda avqustun 24-də ikinci tur keçiriləcək.