“Əgər onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlatsınlar” - Rəşad Sadıqov + Video

“Əgər onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlatsınlar”
Oxunma sayı: 1777

Bu gün Bakıya qayıdan "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqov hava limanında jurnalistlərin suallarını cavablandırıb.

"Qafqazinfo" xəbər verir ki, Sadıqov ermənilərin bayraq təxribatından danışıb: 

"Başa düşmürlər ki, özlərinə ucuzluq edirlər. Loru dildə desək, düşüklük edirlər. Bu, onlara nə verir ki? Dünən bizə nə etdilər ki? Bu, bir daha onu göstərir ki, bu millət aşağı millətdir. Bunların düşüncələri, psixologiyası aşağıdır. Bir daha zəifliklərini göstərirlər. Bir orada halal əziyyətimizlə uğur əldə edirik, bunlar gəlib göydə dronla bayraqlarını fırladırlar. Əgər onlar üçün təsəllidirsə, qoy hər oyunda fırlatsınlar". 

Rəşad Sadıqov futbolçuların təhlükəsizlik gücləndirildikdən sonra meydana qayıtdıqlarını bildirib:

"Hakimə bildirdik ki, biz belə oynamayacağıq. O bayraq – o, mənim üçün heç bayraq da deyil - oradan getməlidir ki, biz oyunu davam etdirək. Sonra elə oldu ki, hakim bizi meydana çıxarmaq istədi, razılaşmadıq. Sonra biz içəri getdik. Onların İdman naziri bizə yaxınlaşdı, üzr istədi. Mən də ona bildirdim ki, o bayraq yenə gəlsə, biz oynamayacağıq. Elə oldu ki, onlar təhlükəsizliyi gücləndirdilər və çalışdıq ki, sakit formada oynumuzu davam etdirək.

Bilirəm, hamımız üçün həssas bir məqamdır. Biz – futbolçular o anda heç bir şey düşünmürük, amma həqiqətən də bizim xalqımıza, millətimizə ən vacib olan şey qələbədir, bu nəticədir. Onlar hamısı ucuz şeylərdir. Hər dəfə edirlər, hər dəfə də öz başlarında çatlayır. Uduzan onlar olurlar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi