Əhali müayinə olunur

ehali-muayine-olunur
Oxunma sayı: 971


Sakinlərin dispanterizasiyası 6 səhiyyə ocağında aparılır. Rayonun qəsəbələrində əhali arasında planlı formada maarifləndirici tədbirlər aparılır: “Görülən işlərin nəticəsidir ki, rayon əhalisinin tibbi müayinəsi uğurla davam edir, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsində tibbi müayinədən keçirilir. İndiyədək Qaradağ rayonunda 20 minə yaxın vətəndaş tibbi müayinədən keçib. Onlardan 2225 dispanser qeydiyyata götürülüb, 234 nəfər stasionar müalicəyə cəlb olunub. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür, pulsuz dermanla təmin olunur. Eyni zamanda, müəssisələrdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır”.