Rostov-na-Donudakı stansiyalarda həddindən artıq sıxlıq müşahidə edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.
Qeyd olunur ki, şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur. Bu, “Vaqner” döyüşçülərinin şəhərə gəlməsi fonunda baş verib.
Bundan əvvəl iyunun 24-də Rostov-na-Donudan avtobus reyslərinin ləğv edildiyi bildirilirdi.
Bundan əvvəl məlum olub ki, Voronej vilayətində regionlararası avtobusların hərəkəti növbəti xəbərdarlıq edilənədək dayandırılıb.
Son xəbərlər
Son Xəbərlər