“Əhalini aktiv fəaliyyətə çağırıram” - Video

ehalini-aktiv-fealiyyete-cagiriram
Oxunma sayı: 4638

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov Azərbaycan Prezidenti İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanını şərh edib.

"Qafqazinfo" xəbər verir ki,  E. Rüstəmov Real-ın efirində sualları cavablandırıb.

Elman Rüstəmov çıxışında problemli kreditlərin həlli mərhələsində əhalini aktivliyə çağırıb: “Əhali aktiv olaraq banklarla işləməlidir. Məsələ hazırda təşkilat mərhələsindədir. Banklara tövsiyə edirəm ki, bu işə həssas yanaşınlar. Yəqin ki, əhalinin banklara kütləvi axını olacaq. Yaxşı olardı ki, banklar bu prosesi idarəetmək üçün müvafiq komitə yaratasınlar. Çünki bu hal banklar üçün qeyri-adi bir funksiyadır. Onlar vətəndaşların sorğularını cavablandırmalıdırlar. Mərhələ- mərhələ ilə onların işlərini həll etməlidirlər. İnsanlara dəqiq vaxt vermək vermək lazımdır. Böyük, uzun növbələr yaratmadan bu işi təşkil etmək lazım olacaq”.