Əhalinin bankda nə qədər əmanəti var?

ehalinin-bankda-ne-qeder-emaneti-var
Oxunma sayı: 950

Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun birinci rübü üzrə icmal göstəricilərini açıqlayıb. 

“Qafqazinfo”ya daxil olan məlumata görə, 2017-ci ilin birinci rübünün nəticələrinə əsasən Azərbaycanda  fəaliyyət göstərən 32 bankın cəmi aktivləri  29,980.1 milyon manat, cəmi öhdəlikləri 27,219.9 milyon manat təşkil edib. Sektorun balans kapitalı 2,760.2 milyon manatdır. Əhalinin əmanətləri 6,889.2 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 561, şöbələrinin sayı 137, ATM-lərin sayı 2,471-dir.  Bütövlükdə, bank sektorunun işçi heyəti 16,312 nəfər təşkil edir. 

Maliyyə bazarlarının digər iştirakçıları olan bank olmayan kredit təşkilatlarının (BOKT) sayı 145, o cümlədən kredit ittifaqlarının sayı 97-dir. BOKT-lərin işçi heyəti 2,726 nəfər təşkil edir. 

Günel Türksoy