Əhalinin banklardakı əmanətləri 1 milyarddan çox artıb

ehalinin-banklardaki-emanetleri-1-milyarddan-cox-artib
Oxunma sayı: 990

Azərbaycan Mərkəzi Bankı əhalinin əmanətləri barədə məlumat açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, cari il iyulun 1-nə əhalinin əmanətləri 12 milyard 748,8 milyon manat təşkil edib. Yanvarın 1-dən iyulun 1-dək əhalinin əmanətləri 1 milyard 5,8 milyon manat artıb. 

Əmanətlərə fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərinki də daxildir.