“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin alıcılıq qabiliyyəti 2013-cü ilin eyni dövrünə nisbətən 1,7 faiz yüksəlib. Gəlirlərin 70,2 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 18 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 16,1 milyard manat və ya ötən ildəkindən 5 faiz çox vəsait qalıb.
Son xəbərlər
Son Xəbərlər