“4-10 may arasında 587 yoluxma olub”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
O deyib ki, 11-17 mayda 755 yoluxma qeydə alınıb: “Bunlar böyük rəqəmlərdir. Məhdudiyyətlər götürülən kimi yoluxmaların sayı artıb. Bu, bizim sosial məsuliyyətimizin az olduğunu göstərir. Parklarda mütləq maskalardan istifadə etməliyik.
Biz daim karantin rejimində yaşaya bilmərik. Əhalinin istəyinə uyğun olaraq karantin rejimi yumşaldılır. Amma bu yumşalma məsuliyyətsizliyə səbəb olmamalıdır. Vətəndaşların dəstəyi, məsuliyyət hissi olmasa vəziyyət yenidən pisləşə bilər”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər