“Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi təmin edilməlidir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün mühümdür”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı sərəncamında qeyd edilib.
Bildirilir ki, sağlamlıq və uzunömürlülük ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacaq. Müasir innovasiyaların səhiyyədə tətbiqi sahəsində yüksək nəticələr əldə edilməklə, keyfiyyətli səhiyyə xidmətlərinin milli gəlirin yaranmasında payı artırılmalıdır.
Keyfiyyətli səhiyyə və sağlam həyat tərzi hesabına əhalinin orta ömür müddətinin artımına nail olunmalıdır.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər