“Əhalinin qınaq obyektinə çevrilməyimizin əsas səbəbi elə budur”

“Əhalinin qınaq obyektinə çevrilməyimizin əsas səbəbi elə budur”
Oxunma sayı: 2728

“Hazırda Bakıda ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir. Metronun hərəkəti məhduddur, ona görə də əsas yük avtobusların üzərinə düşür. Yaranan tıxaclarla bağlı əhalinin qınaq obyektinə çevrilməmizin əsas səbəbi də elə budur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BNA-nın mətbuat katibi Mais Ağayev xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, əvvəllər ictimai nəqliyyat vasitələri kimi alternativ nəqliyyat vasitələri, o cümlədən, tramvay və troleybuslar var idi. Hazırda əhalinin sayı da xeyli artıb: “Qeyri-rəsmi məlumata görə, paytaxtda 5 milyon əhali yaşayır. Tramvay və troleybusların olmasını biz də təqdir edirik. Bildiyimizə görə, şəhərin baş planında bu məsələ nəzərdə tutulub. Lakin uzun müddətə reallaşacaq plana aiddir”.

Gülnar Əliyeva