Əhalinin sayı açıqlandı

ehalinin-sayi-aciqlandi
Oxunma sayı: 1610

İlin əvvəlindən ölkə əhalisinin sayı 12801 nəfər və ya 0,13 faiz artaraq 2024-cü il may ayının 1-i vəziyyətinə 10193571 nəfərə çatıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Bildirilib ki, ümumi əhalinin 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.