Əhaliyə güzəştlə 25 min kompüter verilib

ehaliye-guzestle-25-min-komputer-verilib
Oxunma sayı: 977


“Qafqaznfo” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, “Hər ailə üçün kompüter” şüarı altında həyata keçirilən layihədə təqdim edilən kompüter və noutbuklar lisenziyalı proqram təminatına malikdir və mövcud bazar qiymətlərindən 25 faizdən 40 faizədək aşağı qiymətə, 12 ay müddətinə faizsiz kreditlə satılır.

Layihə çərçivəsində orta məktəb müəllimləri, şagirdləri, ali məktəb tələbələri və təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüter almaq imkanı əldə edirlər. Növbəti mərhələdə digər qrup insanlar da bu layihənin imkanlarından yararlana biləcəklər.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar və Təhsil nazirlikləri tərəfindən təşkil olunan layihə “Microsoft” və “HP” şirkətləri tərəfindən təqdim edilir, təchizatı isə “BestComp Group” şirkəti həyata keçirir.