Əhaliyə ödənişlər üzrə xərclər də artırılır

ehaliye-odenisler-uzre-xercler-de-artirilir
Oxunma sayı: 2271

Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsində əhaliyə ödənişlər üzrə xərclər artırılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Əmək və social siyasət komitəsinin bu gün keçirilən iclasında müzakir edilən “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə qeyd olunub. 

Dəyişikliyə əsasən, qeyd olunan xərclər 6 milyard 681 milyon 580 min manatdan 6 milyard 706 milyon 580 min manata qədər artırılır. Bununla yanaşı, əmək pensiyalarının ödənilməsi xərcləri 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcləri 78 milyon 500 min manatdan rəqəmləri 78 milyon 530 min manata, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və digər struktur bölmələrinin saxlanılması xərcləri 130 milyon 110 min manatdan  135 milyon 80 min manata qədər artırılır.

Zaur Mirzə