Əhməd Bilalov ABŞ-da evində saxlanıldı

ehmed-bilalov-abs-da-evinde-saxlanildi
Oxunma sayı: 3149

Rusiya Olimpiya Komitəsinin sabiq vitse-prezidenti, “Şimali Qafqaz kurortları” şirkətinin keçmiş rəhbəri Əhməd Bilalov oktyabrın 18-də Florida ştatının Sanni-Ayls-Biç şəhərindəki evində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo”nun “Miami Herald” nəşrinə istinadən verdiyi xəbərə görə, “İnterpol”un Vaşinqtondakı Mətbuat xidmətinin rəhbəri Vanessa Allen xəbəri nə təsdiq, nə də təkzib edib:

“Təəssüf ki, “İnterpol”un Vaşinqton bürosu Bilalovun saxlanılması yönündə hər hansı informasiyaya malik deyil”.

“RİA Novosti” xəbər verir ki, Rusiyanın Vaşinqtondakı səfirliyi Dövlət Departamentinə Ə. Bilalovun tutulması ilə bağlı sorğu göndərib.

Diplomatlar onun saxlanılması ilə bağlı yerli hakimiyyət orqanlarından məlumat almadıqlarını, ancaq bu  barədə mediadan xəbər aldıqlarını bildiriblər.

Qeyd olunur ki, Bilalov ABŞ-da xanımı və yeni doğulan körpəsi ilə yaşayırmış. 

Xatırladaq ki, 2013-cü ilin aprelində Bilalova qarşı “vəzifədən sui-istifadə” maddəsi üzrə cinayət işi açılıb. O, xarici səfərlərə şirkətin büdcəsindən həddindən artıq pul xərcləməkdə şübhəli bilinir.

Bilalov Rusiya Prezidenti Vladimir Putin tərəfindən fəaliyyəti tənqid olunduqdan sonra qardaşı Məhəmmədlə birlikdə 2013-cü ilin martında ölkəni tərk edib.

2016-cı ildə Rusiya Soçidə olimpiya obyektlərinin inşası və turizm klasterinin yaradılması ilə məşğul olan Bilalov qardaşlarına qarşı açılan cinayət işində istintaqın aparılması barədə ABŞ-a məlumat verib.