Əhmədabaddakı partlayışa görə 38 nəfər edam olunacaq

ehmedabaddaki-partlayisa-gore-38-nefer-edam-olunacaq
Oxunma sayı: 1648

Hindistanda məhkəmə 2008-ci ildə Əhmədabadda törədilən partlayışlarla bağlı 38 müttəhimi edam cəzasına məhkum edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “India TV” telekanalı yayıb.

Bildirilir ki, ötən həftə məhkəmə 49 nəfəri Əhmədabadda törədilən partlayışlarda təqsirli bilib. Onlardan 38-i edam cəzasına, 11-i isə ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, 2008-ci ilin iyulunda Hindistanın Əhmədabad şəhərində bir neçə dəqiqə ara ilə 22 partlayış baş verib. İnsident zamanı 56 nəfər ölüb, 200-dən çox insan yaralanıb. Hadisədən bir gün sonra polis əməkdaşları cənubda yerləşən Surat şəhərində 10-dan çox partlamamış bomba aşkar edib. Terror aktına görə məsuliyyəti “Hindistan mücahidləri” qruplaşması öz üzərinə götürüb. Məsələ ilə bağlı cinayət işi 2009-cu ildə başlanılıb.