Əhmədinejad həbs olunub? - Eks-prezidentin vəkilindən açıqlama

ehmedinejad-hebs-olunub
Oxunma sayı: 3810

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Erem news” xəbər portalının məlumatında bildirilir.

“Mənim müştərim, eks-prezident Mahmud Əhmədinejadın həbsinə dair məlumatlar həqiqətə uyğun deyil”, - deyə Heydari ərəb mətbuatında yayılmış məlumatı şərh edib.

Rəsmi Tehran isə xəbəri indiyə qədər nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, bu gün “Əl-Qüds əl-Arabi” qəzeti iranlı mənbələrə istinadən sabiq prezident Mahmud Əhmədinejadın hökumət əleyhinə nümayişləri dəstəklədiyi üçün həbs edildiyinə dair informasiya yayıb.