Əhmədlidə kafe yandı - Video

ehmedlide-kafe-yandi
Oxunma sayı: 2729

Bakı şəhərinin Xətai rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Əhmədli qəsəbəsində “Bakı” kafesi yaxınlığında digər bir kafe yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.