Əhmədlini kanalizasiya suyu niyə basıb?

ehmedlini-kanalizasiya-suyu-niye-basib
Oxunma sayı: 1213

Paytaxtın kənd Əhmədli adlanan qəsəbəsində kanalizasiya sistemi ilə bağlı problem insanların rahatlığına təsir edib. 

“Qafqazinfo” XəzərXəbər-ə istinadən məlumat verir ki, sakinlər düz qapılarının ağzından axan kanalizasiya sularının qoxusundan evdə otura bilmədiklərini deyiblər. Küçəyə yayılan çirkab sular bəzi sakinlərdə, xüsusilə də azyaşlılarda allergik reaksiyalara səbəb olur.

Qonşular iddia edir ki, küçəboyu axan kanalizasiya suları artıq hər evə xəstəlik yayir. 1-ci Əhmədli küçəsinin azyaşlı sakinləri də bu problemdən əziyyət çəkdiklərini söyləyiblər.

Azərsu Açıq Səhmdar Cəmiyyətinin işçi qrupunun Məhəmməd Hadi küçəsi 80 ünvanında apardığı araşdırmadan sonar isə məlum olub ki, problemə səbəb elə sakinlərin özlərinin kanalizasiya sistemindən düzgün istifadə etməməsidir. Çünki, 1-ci Əhmədli küçəsində yaşayan sakinlər kanalizasiyaya zibil atıblar. Təmizlik işləri zamanı uşaq bezindən - geyimə qədər bütün növ tullantılar çıxarılıb. "Azərsu"nun hadisə yerində işləyən əməkdaşları isə tövsiyyə edib ki, insanlar belə problemlərlə üzləşmək istəmirsə əllərinə keçəni kanalizasiya sisteminə atmasınlar.