Ehtiyacı olan ailələrə növbəti dəfə ərzaq yardımı etdilər - Video

ehtiyaci-olan-ailelere-novbeti-defe-erzaq-yardimi-etdiler
Oxunma sayı: 1719

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə sosial aksiyalar davam edir.

“Qafqazinfo” xəbər verir ki, “via MONTE NAPOLEONE Baku Luxury Rooms” və “Maleone” multibrend mağazasının sahibləri tərəfindən karantin dövründə ehtiyacı olan ailələrə növbəti ərzaq yardımı edilib.

Belə ki, sahibkarlar “Biz birlikdə güclüyük” kampaniyası çərçivəsində bu dəfə Sabunçu, Xəzər, Binəqədi, Xətai və Nizami rayonunda yaşayan yüzlərlə ailəni gündəlik tələbat mallarından ibarət ərzaq bağlamaları ilə təmin ediblər. Bu yardım kampaniyası epidemiya şəraitində sözügedən brendlərin artıq üçüncü təşəbbüsüdür. Sahibkarlar bu humanitar addımların davamlı olacağını bildirib.

Həmin yardım kampaniyasının video-görüntülərini təqdim edirik: