Ehtiyatların həcmi 4 milyard 162,9 milyondur

ehtiyatlarin-hecmi-4-milyard-1629-milyondur
Oxunma sayı: 1237

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi avqustun 1-nə 4 milyard 162,9 milyon ABŞ dolları təşkil edib.

Qafqazinfo” Mərkəzi Banka istinadla xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 milyon dollar azalıb.

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə valyuta ehtiyatları 4 milyard 338,6 milyon dollar azalıb.