Ehud Olmert azadlığa çıxdı

ehud-olmert-azadliga-cixdi
Oxunma sayı: 711

Rüşvət aldığı iddiası ilə həbs edilən İsrailin keçmiş baş naziri Ehud Olmert sərbəst buraxılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı siyasətçi 16 ay həbsdə qaldıqdan sonra şərti azadlığa çıxıb.

Olmertə 2014-cü ildə 6 il həbs cəzası verilmiş, sonra 19 aya endirilmişdi. O, cəzasının bitməsinə 3 ay qalmış buraxılıb.

Qeyd edək ki, E.Olmert 2006-2009-cu illərdə baş nazir olub.