Deputat Razi Nurullayev rəhbərlik etdiyi partiyanın qeydiyyata alınmamasından danışıb.
“Qafqazinfo” xəbər verir ki, o parlamentdə bildirib ki, yeni AXCP-nin strukturu tam formalaşıb: “Ancaq AXCP sədri ƏIi Kərimli danışıqlara gəlmək istəmir. Belə çıxır ki, o, siyasətlə məşğul olmaq istəmir. Siyasətin ənənəvi qaydası onun üçün əhəmiyyət kəsb etmir. Deyir ki, Prezident İlham ƏIiyevlə danışıqlar aparmalıyam. Axı, bu absurd iddiadır!
Prezident səninlə görüşsə, gərək digər partiya rəhbərləri ilə də görüşə. Mən AXCP-nin qeydiyyata alınmasını və bu məsələyə son qoyulmasını tələb edirəm. Bu mənim və partiya üzvlərimin haqqıdır. Parlamentdə partiya sədri kimi təmsil olunmaq istəyirəm”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər