“ƏİK Məlumat Bazası” kursunun açılış mərasimi oldu - Fotolar

eik-melumat-bazasi-kursunun-acilis-merasimi-oldu
Oxunma sayı: 975

Sentyabrın 27-də NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.