EKİN Azərbaycandakı fəaliyyətinin 11-ci ilini qeyd etdi - Fotolar

EKİN Azərbaycandakı fəaliyyətinin 11-ci ilini qeyd etdi
Oxunma sayı: 513

Proqram təminatı, avadanlıq və dizayn üçlüyünü birlikdə inkişaf etdirərək, öz yenilikçi ideyaları ilə “Təhlükəsiz Şəhər” texnologiyaları sahəsində dünya bazarında lider olan, dünyanın ilk və yeganə ağıllı səyyar patrullarının ixtiraçısı olan “Ekin Technology” şirkəti Azərbaycan dövləti və polisi ilə çiyin-çiyinə keçirdiyi 11-ci ilini 11 oktyabrda Bakıda xüsusi bir şam yeməyi ilə qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, nəqliyyat və güc strukturları nümayəndələrinin, iş adamları, tərəfdaşlar və müxtəlif qonaqların iştirakı ilə baş tutan gecədə “Ekin Technology” şirkətinin prezidenti Akif Ekin, şirkətin əldə etdiyi uğurlardan və dünyadakı 100-dən çox tərəfdaş şəbəkəsi haqqında danışdıqdan sonra, fərqlilik yaradan yeni xususiyyətlərə malik “Təhlükəsiz Şəhər İdarəetmə Sistemi - Red Eagle OS G2”ni təqdim edib.

Şəhərin təhlükəsizliyi üçün işləyən bütün sistemləri vahid mərkəzdən idarə etməyə imkan verən yeni proqram təminatında süni intellektin tətbiqiylə hadisələri, canlı və cansız cisimləri və fərqli səhnələri aşkar etmək mümkün olacaq.  Gözlə görülə bilməyən və yayınan məlumatları təhlil edə bilən sistem, müəyyən edilmiş və ya gözlənilməz vəziyyətləri və məqamları aşkar etməklə təhlükəsizlik qüvvələrinin ən böyük dəstəkçisi olmağa davam edəcək.

Təqdimatı “Ulu öndər Heydər Əliyevin “Maddənin əsas xüsusiyyəti hərəkət olduğu kimi, dövlətin də əsas xüsusiyyəti inkişafdır” sözləri ilə tamamalayaraq, şirkətin məqsədinin daim inkişaf və fərqlilik yaratmaq olduğunu və Azərbaycandakı inkişafın bir parçası olmağın çox qürurverici olduğunu söyləyib.

“Ekin Technology” şirkətinin Avropa, Amerika və MDB bölgəsi üzrə cavabdeh şəxsləri tərəfindən Almaniya, İtaliya, Ukrayna, Meksika və Kolumbiya da daxil olmaqla bir çox ölkədə reallaşdırılan layihələr haqqında məlumatlar verilib.

Müxtəlif musiqi qruplarının və sənət adamlarının səhnəyə çıxdığı gecədə, 11-ci il üçün xüsusi keçirilən lotereyada qonaqlara hədiyyələr təqdim edilib.






Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi