Kürdəmirdə əkin sahəsindən oğurluq olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə fevralın 3-də qeydə alınıb.
MMC-lərdən birinə məxsus əkin sahəsindən suvarma sistemlərinin 20.000 manat dəyərində 2 ədəd mühərriki, 63 ədəd çiləyicisi və 69 metr mis naqili oğurlanıb.
Oğurluqda şübhəli bilinənlər - Kürdəmir rayon sakinləri Ə.Mürsəlov, E.İbrahimov və bir yeniyetmə saxlanılıblar.
Son xəbərlər
Son Xəbərlər