Tovuzda 39 yaşlı kişini ilan sancıb.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini Elsevər Qasımov əkin sahəsini sulayan zaman sağ ayağından ilan sancıb.
O, dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Elsevər Qasımova ilan zəhəri əleyhinə zərdab vurulub.
Həkimlər onun vəziyyətini kafi qiymətləndirir.
Son xəbərlər
Son Xəbərlər