Ekipaj üzvlərinin nəşi Azərbaycana gətirilir

ekipaj-uzvlerinin-nesi-azerbaycana-getirilir
Oxunma sayı: 1153

Əfqanıstanda qəzaya düşən “Silk Way” aviaşirkətinə məxsus An-12 yük təyyarəsində həlak olan 7 ekipaj üzvünün nəşi bu gün Azərbaycana gətirilir.

Qafqazinfo” xəbər verir ki, bu barədə həlak olan ekipaj üzvü şturman Nazim Əsədullayevin yaxınları məlumat verib. Meyitləri daşıyan təyyarə bu gün ölkəyə çatacaq. Artıq bununla bağlı ekipaj üzvlərinin ailələrinə də məlumat verilib. Komandir Rəşid Şaydanovun ailəsi isə  onun nəşini götürmək üçün Özbəkistandan gələcək.

Xatırladaq ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov “SilkWay” şirkətinə məxsus An-12 yük təyyarəsinin Əfqanıstanda maneəyə dəyərək qəzaya uğradığını açıqlamışdı. Ölənlərin yaxınları isə iddia edir ki, təyyarənin maneəyə dəyməsinə səbəb havaya qalxan zaman mühərriklərdən birinin sıradan çıxması olub.