“Əkiz uşaq anasıyam, ərimə xəyanət etmərəm”

ekiz-usaq-anasiyam-erime-xeyanet-etmerem
Oxunma sayı: 2861

Almaniyalı aktrisa Vilma Elles həyat yoldaşı Kərəm Göyüşə xəyanət etməsi xəbərlərinə açıqlama verib.

"Qafqazinfo"nun Türkiyə mediasına istinadən məlumatına görə, aktrisa klipində çəkildiyi Əli Atayla Beşiktaşda sarmaş-dolaş görüntülənməsini belə izah edib:

"Ərimi aldatmıram və onu çox sevirəm. Həmin gün dostumla işdən danışırdıq. Bu cür xəbərlər mənə və Kərəmə pis təsir edir. Əkiz uşaq anasıyam. Belə şeylər etmərəm". 

Qeyd edək ki, Vilma Elles "Öyle bir geçer zaman ki" serialından Karolin obrazı ilə məşhurlaşıb.