Əkizlər “Eurovision”a getmək istəyir

Əkizlər “Eurovision”a getmək istəyir
Oxunma sayı: 1702

Rusiyada məşhur olan azərbaycanlı əkizlər- Rauf və Faiq Mirzəyev “Eurovision- 2020”də iştirak etmək niyyətindədir. “Qafqazinfo” xəbər verir ki, artıq onlar Azərbaycanı təmsil etmək üçün İctimai Televiziyaya (İTV) müraciət ediblər.

İddianı müsabiqənin Azərbaycan üzrə fan klubu (12 xal) yayıb. Qeyd olunub ki, qardaşlar kanal razılıq verəcəyi təqdirdə kastinqlərdə iştirak edəcəklər. 

Bundan əlavə, bildirilib ki, İTV ötən il əkizlərə təklif göndərsə də, Rauf və Faiq bundan imtina edib.

Xatırladaq ki, Mirzəyev qardaşları 1999-cu ildə İjevskdə anadan olublar. Onlar “детство” mahnısı ilə populyarlıq qazanıblar. Qardaşların bu ifası “Youtube”da 205 milyondan çox dinlənilib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi