“Qafqazinfo”ya açıqlamasında Sevinc bildirib ki, “Biz məlumatı internetdən əldə edirik. “Borc ver” mahnısını “Youtube” kanalına yerləşdirdikdən sonra Aqilin rəhmətə getməsi haqda şərhlər yazıldı. Çox pis oldum. Mahnını ilk dəfə efirdə səsləndirəndə bildirdik ki, deyilənə görə, Aqil rəhmətə gedib. Bu insanı tanımırıq. Efirdən səslənirəm ki, sağdırsa, bizə müraciət etsin. O da bizimlə əlaqə saxladı. Biz də açıqlama verdik ki, mahnının ifaçısı sağdır. “Sarı çiçəyim” mahnısı ilə tanınıb.
“Seva, sənə kimisə gündəmə gətirmək lazım idi?” deməyə haqqınız var. Bu gün o qədər iş görürük. Bu mahnı bizdə sifarişli idi. Bizə dedilər ki, sizin ifanızda dinləmək istəyirik. Biz də ifa etdik. Mən bu mahnıdan pul qazanmamışam. Amma xərc çəkib aranjeman etdirmişəm. Sağ ol desin ki, klip çəkdirməmişəm. Gəlib bizə təşəkkür etməlidir ki, ölmüş mahnını diriltmişik. Əvvəllər mahnının bayağı olduğunu deyirdilər. İndi deyirlər ki, əla mahnıdır. Bizim vasitəmizlə mahnı məşhurlaşdı. Bizi məhkəməyə versin, bəlkə elə mən ondan pul aldım. Bizim insanlara yaxşılıq yoxdur, ancaq pislik etməyi bacarırlar.
Bu gün bəstəkarlar yalvarır ki, onların mahnılarını ifa edək. Aranjemanı özləri etdirir, klipi də çəkdirirlər ki, mahnılarınıoxuyaq. Aqil isə bizi məhkəməyə verəcəyini deyir”.
Könül
Son xəbərlər
Son Xəbərlər